1 May 2014 09:52
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün 97 307 abituriyent sənəd verərək ərizəsini təsdiqlədib. Həmin abituriyentlərin 88 549-u Azərbaycan, 8758-i isə rus bölməsinin abituriyentləridir.

Abituriyentlərin 35 555-i I, 23 473-ü II, 26 164-ü III, 12 115-i isə IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün sənəd verib.

Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu aprelin 1-dən 30-dək davam edib. Ərizəsini təsdiqləməyən abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməzlər.

Qeyd edək ki, bu il əvvəlki illərin məzunları üçün qəbul imtahanları mayın 11 və 18-də keçiriləcək. Bu ilin məzunları üçün isə, yəni tam orta və orta ixtisas təhsili müəssisələrini 2014-cü ildə bitirənlər, həmçinin ali təhsil müəssisələrini bu il bitirib ikinci ali təhsil almaq istəyən şəxslər üçün qəbul imtahanları iyul ayında olacaq.


Müəllif: Teleqraf.com