28 Sentyabr 2019 11:05
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərasimdə polkovnik Abdulla Qurbani bildirib ki, Hərbi Hava Qüvvələrinin baş komandanı general-leytenant Ramiz Tahirov başda olmaqla onun silahdaşları adından bir daha Rəşadın, əziz zabitimizin ailəsinə, doğmalarına başsağlığı veririk:

"Rəşadın Vətən torpağına əmanət edildiyi vaxtdan 40 gün keçir. Bu ağrı və itki ailəsi kimi silahdaşlarını da kədərləndirdi.

Bu günlərdə qürurverici hadisələrlə də qarşılaşmışıq. Rəşad qardaşımıza hesabat və vəfa borcu olaraq çatdırmaq istərdik ki, Türkiyə-Azərbaycan pilotlarının birgə taktiki təliminin bağlanış mərasimində Rəşad ehtiramla xatırlandı.

ASAN Xidmətlə Müdafiə Nazirliyinin Bakının işğaldan azad olunmasının 101-ci ildönümü münasibətilə hərbi ali məktəblərin 101 nəfər tələbəsi düşərgələrdə oldular.

Birinci günün yarışlarının nəticələri elan olundu, mükafatlandırılma zamanı tədbirdə mindən çox insan iştirak edirdi. Tələbə adını açıqlayanda Rəşad Atakişiyev kimi elan edəndə meydanı alqış bürüdü. Hərbi Hava Qüvvələrində Rəşad Atakişiyev kimi minlərlə oğullarımız var. Bu gün dövlət televiziyasının radiosunda gün rəzində rekviyem səslənəcək".

.

09:48, 10:09

Qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin bu gün 40 mərasimidir.

Teleqraf.com-un məlumatına görə, ailə üzvləri və silahdaşları II Fəxri Xiyabanda mərhum pilotun qəbrini ziyarət edib.

Pilotun anası məzar başında ağı deyib, gözyaşı töküb:

"Oğlun səni görməyə gəlib, amma deyir, atam ölməyib. Gülləri sənin üçün özü seçdi. Gözlərimdən yaş yox, qan axır. Yarından, balalarından doya bilməyən balam, hara getdin?..

İki gün əvvəl məni qonaq çağırdın, elə bil öləcəyini bilirdin...

Rəşad elə bil mənə can verirdi, nəfəs verirdi. Boyunu görəndə sevinirdik. Gecə səhərə kimi şəklinlə söhbət edirəm.

Deyirəm, bəlkə cavab verəsən, ay ana, bəsdir ağladın. Nə şəklindən xəbər çıxır, nə də qeybdən səs gəlir".

Foto: Pərviz Həşimi


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər