Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarəçilər Şurasının sədr müavini seçilib.
Teleqraf.com xəbər verir ki, onunla birgə Misir səfiri Ömər Amer Yusif də İdarəçilər Şurasının sədr müavini seçilib.
2019-2020-ci illər üçün İdarəçilər Şurasının sədri isə İsveç səfiri Mikaela Kumlin Qranit seçilib. O, bu vəzifədə iordaniyalı Lina əl Hədidi əvəz edib.