1 May 2014 10:20
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvadorun Quito şəhərində Beynəlxalq Hərbi İdman Şurasının 69-cu Baş Assambleyası keçiriləcək


Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək. Teleqraf.com xəbər veriri ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, mayın 3-dən 10-dək Ekvadorun Quito şəhərində Beynəlxalq Hərbi İdman Şurasının 69-cu Baş Assambleyası keçiriləcək.

Assambleyada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Xatırladaq ki, Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvətilə bir neçə gün öncə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdə olub.

Səfər çərçivəsində Braziliyanın Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri komandanlıqlarında, eləcə də Müdafiə Sənayesi Katibliyində görüşlər keçirilib, tərəflərin Müdafiə qurumları arasında hərbi, hərb-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb və əsas istiqamətləri müəyyən edilib. /anspress/


Müəllif: Teleqraf.com