8 Oktyabr 2019 12:04
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 14 məsələ daxildir.

Teleqraf.com xəbər verir ki, bunlar “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında”, "Dövlət rüsumu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında", "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında", "Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" və "Təhsil haqqında" və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir.

Layihələr II və III oxunuşda müzakirə ediləcək.

İclasda Əli Əsədov da iştirak edir.


Müəllif: Cavad