8 Oktyabr 12:11
1 080

Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov məlumat verib.

“Novruz Məmmədov vəzifəsinə azad edilməsi ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib. Novruz müəllim 1997-ci ildən mərhum prezident Heydər Əliyev, daha sonra cənab Prezident İlham Əliyevlə işləyib, 20 ildən çox Prezident Adminstrasiyasında işləyib. Son 1,6 il müddətində Baş nazir vəzifəsini daşıyıb”, - Oqtay Əsədov bildirib.

Spiker əlavə edib ki, Prezident İlham Əliyev Əli Əsədovun Baş nazir təyin edilməsi üçün Milli Məclisə müraciət edib: "Mən inanıram ki, Əli Əsədov Baş nazir vəzifəsini ləyaqətlə yerinə yetirəcək".

Hazırda müzakirələr başlayıb. Deputatlar çıxış edir.

YAP icra katibinin müavini, deputat Siuyavuş Novruzov Novruz Məmmədova təşəkkür edib.

Xatırladaq ki, N.Məmmədov Baş Nazir vəzifəsinə 2018-ci ilin aprelində təyin edilib.


Müəllif: Cavad