8 Oktyabr 2019 15:03
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycana səfər G.Qaxarianın baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.

Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, G.Qaxaria bu ilin sentyabrın 8-də qonşu ölkənin baş naziri təyin olunub./report/


Müəllif: Teleqraf.com