10 Oktyabr 2019 20:56
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 4 top mərmisi atılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər şəhid olub. Mardində 24, Şanlıurfada isə 46 nəfər yaralanıb.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb.

Olay yerinə çox sayda polis və təcili tibbi yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polislər vətəndaşlara sərhəddən uzaqlaşaraq evlərinə getmələri barədə xəbərdarlıq edib.


Müəllif: Teleqraf.com