12 Oktyabr 2019 11:39
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş Qərargah rəisi Yaşar Gülər və ABŞ-ın Baş Qərargah rəisi Mark Milley arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, tərəflər Suriyada aparılan əməliyyatı və ABŞ-Türkiyə əməkdaşlığını müzakirə ediblər.

ABŞ Baş Qərargahının sözçüsü, polkovnik Dede Halfhill bildirib ki, generallar Suriyadakı təhlükəsizlik durumunu və iki ölkə arasında əməkdaşlığın əhəmiyyəti haqqında danışıblar.

Polkovnik bəyan edib ki, ABŞ Türkiyə ilə ikili strateji əlaqələrə dəyər verir.

Generalların telefon danışığı Kobani ətrafında ABŞ müşahidə postunun atəşə tutulması haqda iddialardan sonra keçirilib.


Müəllif: Teleqraf.com