14 Oktyabr 2019 17:43
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:38

“Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransı keçirilib.

Teleqraf.com-un məlumatına görə, giriş sözü ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın millətlərarası dialoq, toleranttlıq mühitinin bərqərar olduğu, nüfuzlu toplantıların keçirildiyi məkan olduğunu vurğulayıb.

“Ölkəmizin Bakı Beynəlxalq Media Konfransına ev sahibliyi etməsi medianın nə qədər aktual olduğunu göstərir. Ümid edirik ki, bu konfrans dünyanın aparıcı media qurumlarının nümunayəndələrinin platformasına çevriləcək.

Müasir dövrdə söz və mətbuat azadlığı mühüm şərt kimi irəli sürülür, mətbuatın sərbəst və maneəsiz fəaliyyəti hər bir ölkə üçün öhdəlik kimi qəbul edilib. Mühüm tendensiyaları daim diqqətdə saxlamalıyıq, neqativ hallar nəzərimizdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığın dərinləşməsindən asılıdır. Nəzərə çarpan hadisə və proseslərə də töhfəmizi verə bilərik, proseslərə zamanında reaksiya verilməsi vacibdir. İnternet əsrində yaşayırıq, internet media resurslarının da sayının artmasında dinamiklik müşahidə olunur”.

Əflatun Amaşov Azərbaycanın ikili standartlardan nəziyyət çəkdiyiini qeyd edib: “Zaman-zaman qeyri-obyektivlik və qərəzin şahidi oluruq. Belə hallar bizi düşündürməlidir. Bu mənfi təmayüllərlə münasibətdə “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransı obyektiv mövqedən çıxış edərək, dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək, prioritetlərini müəyyənləşdirəcək”.

***

Türk iş adamı Hüseyn Braner “Azərbaycanın turizm potensialını Avropada necə tanıtmalı” mövzusunda çıxış edib.

Onun sözlərinə görə, Türkiyə vilayətləri mədəni irsin qorunub-saxlanması baxımından Bakıdan nümunə götürə bilər: “Hazırda Azərbaycan 3 milyon turisti cəlb edir, çoxu ölkəyə Rusiya, Gürcüstan, İran, Türkiyədən üz tutur. 540 otel Türkiyə ilə müqayisədə az olsa da, bu sahənin inkişaf edəcəyi şübhəsizdir. Naftalan sanatoriyası dünya səviyyəlidir. Alaniya kimi Xəzərin sahilləri də diqqət cəlb edir, tarixi abidələr göz qamaşdırır. Turizm sadəcə ticarət deyil, təbliğat baxımından da önəmlidir”.

Hüseyn Baraner media orqanlarının əcnəbi dillərdə yayılmasının vacibliyinə diqqət çəkib.

***

Yunanıstanın "Star" televiziyasının təmsilçisi Anna Andreou "Dünyada sülhün qorunmasında medianın rolu və töhfəsi" mövzusunda çıxış edərək bildirib ki, jurnalistin vəzifəsi insanlar arasında körpü yaratmaqdır: "Təəssüf ki, müasir dünyada jurnalistika yönünü itirməkdədir. Provokativ informasiyalardan uzaq qaçmaq lazımdır. İctimaiyyəti KİV yönəltməlidir, bəzən əksi baş verir. Ən təhlükəli xəstəlik "feyk" məlumatların yayılmasıdır və məqsəd dünyanı qarışdırmaqdır. Peşəkar jurnalistika saxta məlumatları yaymaqdan çəkinməlidir".


Müəllif: Nərgiz