15 Oktyabr 2019 17:10
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın birinci prezidenti-elbaşı, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev oktyabrın 15-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Ərdoğanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın birinci prezidentinin şəxsi saytı məlumat yayıb.

Görüş zamanı tərəflər türk dünyası ölkələrinin inteqrasiya prosesinin hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, tərəflər regional təhlükəsizliyin təmin edilməsi və Avrasiya kontinenti dövlətlərinin davamlı inkişafına dair fikir mübadiləsi aparıblar.


Müəllif: Səxavət