16 Oktyabr 2019 12:22
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin edilməsi üçün Rusiya iki ölkə arasında əməkdaşlığı təmin etməyə çalışacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Hazırda Menbiç ətrafında Suriya hökumət qüvvələri ilə Türk Silahlı Qüvvələrinin bölmələri üz-üzə dayanıb.

Rəsmi Moskva isə bəyan edib ki, Suriyada Əsəd ordusu ilə türk ordusu arasında qarşıdurmanın baş verməməsinə çalışır.

Sergey Lavrov Suriyanın şimal-şərqindəki toqquşmalar nəticəsində İŞİD-çilərin dünyaya yayılmağa başladığını, bunun məsuliyyətinin Avropa ölkələri üzərinə düşdüyünü bəyan edib.


Müəllif: Cavad