17 Oktyabr 2019 10:39
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Bakıya gəlib.

Teleqraf.com-un məlumatına görə, vasitəçilər Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar.

Qeyd edək ki, həmsədrlərin regiona səfəri oktyabrın 14-də başlayıb. Onlar Ermənistan rəhbərliyi ilə danışıqlar aparıblar.

Oktyabrın 16-da isə vasitəçilər işğal altında olan Azərbaycan ərazilərinə səfər edib, separatçı Dağlıq Qarabağ rejiminin başçısı isə görüşüblər.


Müəllif: Teleqraf.com