18 Oktyabr 2019 13:39
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Dövlət Müstəqilliyi Günü ilə bağlı Azərbaycanı təbrik edib.

Teleqraf.com-un məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində qeyd edib.

Nazir yazıb: “Mən qardaş Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.


Müəllif: Teleqraf.com