18 Oktyabr 2019 16:56
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 533,1 milyon manat, xərcləri isə 29 488,3 milyon manat məbləğində proqnozlaşdırılır.

Teleqraf.com bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Sənədlərə əsasən, icmal büdcəsinin kəsiri 1 955,1 milyon manat təşkil etməlidir ki, bu da gələn il ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3%-i qədərdir.


Müəllif: Teleqraf.com