20 Oktyabr 2019 15:14
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) ötən gün qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin iddiaların cavab verib.

Teleqraf.com xəbər verir ki, DİN Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

DİN Hospitalının rəisi deyib ki, 19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib: “Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılmış və müayinə protokolları ona təqdim olunub”.

Ə. Kərimlinin hospitalda onu xərəkdən istifadə etmədən müayinələrdən keçirilməsi barədə iddialara gəlincə, İ. Babaxanov qeyd edib ki, Ə. Kərimli hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmayıb: “O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçib”.


Müəllif: Teleqraf.com