22 Oktyabr 2019 15:56
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə başsağlığı verib.

Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".


Müəllif: Teleqraf.com