17 Sentyabr 2014 15:09
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycana keçmiş Ermənistan vətəndaşına baş çəkib.

Bu barədə ANS PRESS-ə açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, görüş sentyabrın 16-da baş tutub. Saxlanılan şəxsdən ailəsi üçün məlumat götürülüb.

Qeyd edək ki, 53 yaşlı Sarkis Ananyan Ermənistanın Tavuş vilayətinin Noyamberyan rayonundandır. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, o avqustun 26-sı Qazaxın Kəmərli kəndi istiqamətindən könüllü olaraq Azərbaycan tərəfə keçib.


Müəllif:

Oxşar xəbərlər