25 Oktyabr 2019 11:16
1 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşü keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirin keçirildiyi Bakı Konqress Mərkəzinə gəlib. Prezident İlham Əliyev burada zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır.

İlk olaraq Bakı Konqres Mərkəzinə Belarus baş nazirinin müavini daxil olub. Daha sonra Oman, Koreya Xalq Demokratik Respublikası, Hindistan, İran, Əlcəzair, Əfqanıstan, Pakistan, Esvatini, Kuba, Türkmənistan, Venesuela və digər ölkələrin dövlət və hökumət başçıları oraya gəlib.

Bir azdan dövlət və hökumət başçıları rəsmi foto çəkdirəcəklər. Daha sonra zirvə görüşü öz işinə başlayacaq.

Qeyd edək ki, iki gün davam edəcək sammit “Bandunq prinsipləri əsasında müasir dünyanın çağırışlarına birgə və adekvat cavabın verilməsi” mövzusunda keçirilir. Sammitdə sədrlik 3 il müddətinə Venesueladan Azərbaycana keçəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər