17 Sentyabr 2014 15:59
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu tənqid edib.

O, MSK-ya məktub göndərərək bildirib ki, Konstitusiyanın müvafiq maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.

Deputatın bu müraciətinə MSK tərəfindən cavab verilməməsi onu qəzəbləndirib. İ.İsmayılov deyib ki, işçilərinin M.Pənahova göstərdiyi dözümlülük onu heyrətə gətirib.

MSK-nın sabiq üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə Teleqraf.com-a açıqlamasında İ.İsmayılovun M.Pənahov barəsində dediyi fikirlərə münasibət bildirib. Yusif Bağırzadə İlyas İsmayılovun M.Pənahov haqda dediyi fikirlərlə razılaşmadığını söyləyib: “Mən Məzahir Pənahovu kifayət qədər səriştəli və öz işinin öhdəsindən gələn insan kimi tanıyıram. Elə işgüzar mühit yaradıb ki, kollektivdə mehribanlıq var. Hətta aramızda belə deyim vardı ki, MSK-ya daxil olan kiminsə əlindən yerə kağız düşsə, onu belə qeydiyyatdan keçirirlər. Orada məsələlər kifayət qədər şəffafdır. Kargüzarlıq işləri yüksək səviyyədə gedir”.

Kəmalə


Müəllif: