9 Noyabr 2019 12:16
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış siyasi, ictimai xadimləri, sənət adamları 9 noyabr Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, təbriklərin yer aldığı video “HaberGlobal”da yayımlanıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu sözlərlə dilə gətirib:

“Bir millət, iki dövlət” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bu dəyərli təbrikə görə həmkarına dərin təşəkkürünü ifadə edib.


Müəllif: Teleqraf.com