1 May 2014 12:27
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda bəzi xarici ölkə səfirləri özlərini səfir, diplomat adına yaraşmayan şəkildə aparırlar”. Teleqraf.com xəbər verir ki, bunu SİA-ya açıqlamasında deputat Aqil Abbas Leyla Yunusun hərəkətlərinə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, bu insanlar mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışırlar: “Axı siz nəyə görə və nə əsasla bizim ölkənin daxili işlərinə qarışırsınız? İkincisi isə Leyla Yunus istintaq cəlb olunubsa və o şahid kimi ifadəsindən qaçıb, ölkəni tərk etmək istəyirsə təbii ki, hüquq-mühafizə orqanları tərəfindən saxlanılmalıdır. Bundan böyük bir şou düzəltmək axı nəyə lazımdır? Bu gün bütün dünya ayağa qalxaraq hərə bir bəyanat verir. Məsələn, ABŞ Dövlət Departamenti, nə bilim hər kərtənkələ bir bəyanat verir ki, guya Azərbaycanda insan haqları pozulur və sair. Bu insanlar başa düşmürlər ki, insan haqlarını pozan insan elə Leyla Yunus kimilərinin özləridir. Başına çalma bağlayan Leyla Yunus erməni qadınlar kimi ortaya düşərək düzgünlükdən danışır.

Mən dəfələrlə görmüşəm və şahidi də olmuşam ki, erməni qadınlar başlarına o cür çalma bağlayır. Beləcə, həmin insan özünü Ermənistanın qeyri-rəsmi səfiri kimi aparır.

Bu insanın Azərbaycan polisinin papağını götürüb yerə atmasına nə ad vermək olar? Halbuki həmin papaqda Azərbaycanın Milli Gerbi əks olunub. Sən polis işçisini təhqir edir və sonra deyirsən ki, onları güllələmək lazımdır. Belə olan təqdirdə bəs sən nə üzlə insan haqları adını dilinə gətirirsən?

Bununla belə, Azərbaycan qadının adına yaraşmayan “tualet” sözünü Leyla Yunusun dilə gətirməsinə nə ad vermək olar? Dünyanın hər bir yerində əgər polis tərəfindən evdə axtarış aparılırsa, o “tualet”ə də girib baxa bilər. Bəlkə elə həmin insan tualetdə özünü öldürmək istəyirdi və s.

Bizim hansısa bir səfir Avropanın hansısa ölkəsinin daxili işlərinə qarışsa, onu dərhal arzuolunmaz şəxs hesab edərdilər”.

Səxavət


Müəllif: Teleqraf.com