10 Noyabr 2019 09:14
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Əhali və inkişaf üzrə Beynəlxalq konfans 25” (İCPD 25)” : Vədlərin sürətləndirilməsi mövzusunda Nayrobi Sammitində iştirak etmək üçün bu gün Keniyanın paytaxtı Nayrobi şəhərinə səfərə gedəcək.

Bu barədə Milli Məclisin Mətbuat xidmətindən Teleqraf.com məlumat verilib.

Tədbirdə Avropa Parlamentinin və İcraiyyə Komitəsinin 2019-2020-ci illər üçün iş proqramı, Avropa və beynəlxalq aləmdə cinsi, reproduktiv sağlamlıq, hüquqların inkişafında mövcud problemlər, uğurlar və diqər aktual mövzular müzakirə olunacaq.

Toplantıda Avropa parlament forumunun icra komitəsinə seçkilər keçiriləcək. Millət vəkili mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Səfər noyabrın 16-da başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər