Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.
Ağahüseyn Şükürov bu gün akademiyanın əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.
Ağahüseyn Şükürov vaxtı ilə "Azərbaycan" qəzetində çalışıb. Daha sonra AMEA-ya dönüb, elmi fəaliyyətini davam etdirib.
Son vəzifəsinə qədər o, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin köməkçisi olub.