25 Noyabr 2019 20:10
1 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin Kristiansand şəhərində Quran kitabını yandırmaq istəyən SIAN (Norveçin islamlaşdırılmasına son) təşkilatının başqanı Lars Thorsen ətrafdakı gənclərin təpkisi ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, meydanda Quranın yandırılmasına etiraz olaraq İlyas Umer adlı Pakistan əsilli Norveç vətəndaşı Lars Thorsenə hücum edib və onu təpikləyib.

Polis tərəfindən saxlanılan Umer daha sonra sərbəst buraxılıb.

Olaya kəskin etirazını bildirən Pakistan ictimaiyyəti İlyas Umeri qəhrəman adlandırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər