Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilib .
Prezident AdministrasiyasıAzərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq edilməlidir.