Ölkələrimiz və bölgəmiz adından həqiqətən tarixi anlara şahidlik edirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri TANAP-ın açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, sözünə belə davam edib: "TANAP Azərbaycan, Gürcüstan və Türkiyə marşrutu üzrə Avropaya bağlanılır. Bunun regional bir proyekt, bir sülh layihəsi olduğunu da xüsusi vurğulamaq lazımdır. Bu layihə hər şeydən öncə ölkələrimiz arasında köklü dostluğun simvoldur".
Bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir.