1 May 2014 13:03
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılıb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, ilk olaraq at, uzunqulaq, donuz və toyuq ətinin təyini üzrə reagentlər alınaraq sınağa verilib. Sınaqlar həm çiy, həm də bişmiş və ya emal olunmuş ətin üzərində aparılacaq.

Artıq AzTEST-in Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında at ətindən DNT ayrılaraq “Real-time PCR” cihazında sınaq aparılıb və müsbət nəticə alınıb. Sınaqları aparmaq üçün laboratoriyada əsasən Almaniyanın “QiaGen” şirkətinin istehsalı olan Ekstraktor (QiaCube) və “Real-Time PCR” cihazlarından, həmçinin Almaniyanın test reagentlərindən istifadə olunacaq.

SMPDK-nın Təcrübə-Sınaq Mərkəzində aparılan bu sınaqlar Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir. Sınaqlar satılan və istifadə olunan ətin hansı heyvan növünə aid olduğunu ayırd etməklə bu sahədə istehlakçı hüquqlarının qorunmasına kömək edəcək.

NAİBƏ


Müəllif: Teleqraf.com