3 Dekabr 2019 23:32
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atam hazırda reanimasiyadadır. Yanına girə bildim, ancaq yatmışdı deyə, narahat etmək istəmədim".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Rəfael Dadaşovun qızı Səidə Dadaşova "Xəzər Tv"də yayımlanan "Səni axtarıram" verilişində deyib. Sənətçi Mərkəzi Neftçilər Xəstəxanasının ondan müalicə üçün pul tələb etdiyini də bildirib.

"Mənə zəng etdilər ki, Səidə xanım bizə yaxınlaşın, yuxarıdan təlimat gəlib. İki günün müalicəsi üçün ödəniş etməlisiniz. Verilişdən sonra gedib onu ödəyəcəyəm" deyə, Səidə ağlayaraq qeyd edib.

Qeyd edək ki, R.Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.


Müəllif: Teleqraf.com