4 Dekabr 2019 20:43
3 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Rusiyanın “kiçik addımlarla” Azərbaycan və Ermənistanın yaxınlaşması planı müzakirə edildi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, sözügedən planın bir hissəsi artıq yerinə yetirilib – uzun illərdən sonra iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfəri baş tutub.

“Kommersant”ın məlumatına görə, hazırda ictimaiyyət və mədəniyyət xadimlərinin, o cümlədən parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili məsələsinə baxılır:

“Bundan başqa əsirlərin mübadiləsi məsələsi də müzakirə olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu