13 Dekabr 2019 12:27
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha öncə xəbər verildiyi kimi, Albaniyada 26 noyabr tarixində baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti tərəfindən 500 min avro dəyərində yardım göstərilib.

11 dekabr 2019-cu il tarixində Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov ilə Albaniyanın Yunanıstandakı səfiri Aridana Hobdari arasında keçirilmiş görüş zamanı yardımla bağlı simvolik çek qarşı tərəfə təqdim edilib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Xanım səfir Azərbaycana yardımına görə ölkəsi adından təşəkkürünü çatdırıb və ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.


Müəllif: Səxavət