14 Dekabr 2019 15:14
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün bu günə qədər daxil olan müraciətlərin sayı açıqlanıb.

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı 268 namizədin müraciət etdiyini deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 71-nin namizədliyi artıq təsdiq olunub.

MSK sədri qeyd edib ki, müraciət edənlərdən 29-u artıq imza vərəqələrini götürüb.


Müəllif: Teleqraf.com