14 Dekabr 2019 16:38
2 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Respublikasındakı (ŞKTR) Keçidqala Hava Limanı hərbi istifadəyə açılır.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ŞKTR-nin Baş naziri Ersin Tatar çıxış edib.

Onun sözlərinə görə, buna Türkiyə ilə Liviya arasında imzalanmış sazişə əsasən formalaşdırılmış yeni yol xəritəsi imkan verir.

Ersin Tatar Hava Limanının PUA və silahlı pilotsuz uçan aparatların (SİPA) fəaliyyəti üçün də açıq olacağını bəyan edib:

"Türkiyə ilə qərarlı addımlar atılır. Türkiyənin son dərəcə yerində olan Liviya razılaşması hərəkətliliyi daha da artırıb. Türkiyənin bir tələbi olub. Təhlükəsizlik məqsədi ilə Keçidqala Hava Limanından İHA və SİHA-nın istifadəsi məsələsini Nazirlər Şurasında müzakirə etdik.

Vəziyyəti dəyərləndirdikdən sonra təcili ehtiyac olması səbəbi ilə həm Türkiyənin, həm də ŞKTR təhlükəsiziliyini diqqətə alaraq belə bir qərar verdik".


Müəllif: Mahir