22 Sentyabr 2014 12:18
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç kraliçası Silvia Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, İsveçrənin Cenevrə şəhərində keçirilmiş görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri – YUNESKO Ümumdünya Telekommunikasiya Təşkilatının komissarı, səfir Valter Fyust, Liviya İnsan Hüquqları Təşkilatının prezidenti Farida Allaghi və mərkəzin baş katibi Rövşən Muradov iştirak edib.

Görüşdə Nizami Gəncəvi yaradıcılığı, şairin ümumbəşəri dəyərlərin inkişafında oynadığı əvəzolunmaz rolu haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Nizami Gəncəvi bu gün də aktual olan və ehtiyac duyulan tolerantlıq, dialoq, anlaşma, müştərək cəmiyyətlər kimi dəyərləri hələ səkkiz əsr öncə özünəməxsus formada təbliğ edib.

İsveç kraliçası Silvia ilə gorüşdə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həyata keçirdiyi layihələr və təşəbbüslər də geniş müzakirə edilib. Bu sırada mərkəzin Madrid Klubu ilə birgə reallaşdırdığı ənənəvi forumun xüsusilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə İsveç kraliçasına 2015-ci ildə keçirilməsi nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqda ətraflı məlumat verilib.

Qeyd edək ki, forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər