Prezident İlham Əliyev Əhməd Əhmədzadənin “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Ə.Əhmədzadə 1945-ci ilin yanvarın 7-də Qax rayonunun Qaxqumlağ kəndində anadan olub. Sabah onun 75 illik yubileyidir.