17 Yanvar 2020 15:49
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında namizədliyi 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə özü tərəfindən irəli sürülən Müsavat Partiyasının Xəzər rayon təşkilatının sədri Niyaz Nəsirovun namizədliyinin qeydə alınmamasına dair verdiyi şikayətə baxılıb.

Teleqraf.com məlumatına görə, MSK üzvü Tofiq Həsənov bildlrib ki, şikayətin araşdırlması zamanı DSK ilə əlaqə saxlanılıb:

“Dairədən bildirdilər ki, səhlənkarlıq, gərginlik olub, nəticədə şəxsin namizədliyi qeydə alınmayıb”.

T.Həsənov Niyaz Nəsirovun namizədliyinin qeydə alınmasını təklif edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, ilk dəfədir bu cür halla qarşılaşırlar: “13 saylı dairə nümunəvi dairələrdən olub. Ona görə də burada günah var, özü də çox ciddi günahdır. Mən bu məsləni qaldırdığınız üçün sizə “çox sağ olun” deyirəm”.

Müzakirədən sonra N.Nəsirovun namizədliyi qeydə alınıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər