MSK-nın iclasında namizədliyi 15 saylı Yasamal birinci seçki dairəsindən özü tərəfindən irəli sürülən aktyor Elcan Məmmədlinin qeydə alınmasından imtina edilməsinə dair sözügedən DSK-nın qərarına baxılıb.
Teleqraf.com xəbər verir ki, E.Məmmədlinin imza vərəqlərində problem yarandığı üçün namizədliyinin qeydə alınmasından imtina edilib.
Müzakirələrdən sonra E.Məmmədlinin namizədliyi qeydə alınıb.
MSK-nın iclasında daha sonra namizədliyi 95 saylı Tərtər seçki dairəsi üzrə özü tərəfindən irəli sürülən 95 saylı Xudiyeva Aynurənin namizədliyinin DSK tərəfindən qeydə alınmasının mümkünsüzlüyünə dair qərardan verdiyi şikayətə baxılıb.
Məsələ barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov belə bir situasiya ilə MSK üzvü olduğu 10 ildə ilk dəfə rastlaşdığını bildirib:
“Belə ki, o çox sürətlə seçi prosesini keçib. 10 yanvarda bankda hesab açıb, həmin gün imza toplamağa başlayıb. Yanvarın 11-də 7 saat ərzində 500 imza toplayıb. Ona görə də üzrlü səbəbdən imza vərəqlərini və digər zəruri seçki sənədlərini vaxında təqdim edə bilməyib. Şikayətçi qeyd edi ki, DSK onun əlil olmasını, 7 saat ərzində 500 imza toplamasını nəzərə almadan qərar qəbul edib”.
Müzkirələrdən sonra A.Xudiyevanın namizədliyinin qeydə alınmasının mümkünsüzlüyünə dair DSK-nın qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü A.Xudiyeva əlilliyi olan şəxsdir. O, “Şəfqət nuru” kimsəsizlərə yardım xeyriyyə ictimai birliyinin sədridir.