20 Yanvar 2020 20:14
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir xalqın taleyində onu var edən, xalqda dövlətçilik ruhunun sübutu kimi qiymətləndirilən ağır hadisə və proseslər yaşanır. Bu hadisələr nə qədər faciəvi xarakter daşısalar da, xalqı sanki cilalayır, onda birləşmək, bütövləşmək əzmi yaradır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O qeyd edib ki, qan yaddaşımıza əbədi yazılmış 20 Yanvar faciəsinə də məhz bu baxımdan yanaşmaq mümkündür:
“20 Yanvar faciə yaşantımızın dövlət müstəqilliyi ruhuna kökləndiyi şanlı tariximizdir. 20 Yanvar mərdlik və cəsarət, qürur və mətanət, mübarizə və dirəniş salnaməmizin nəsillərə örnək qalacaq müqəddəs nümunəsidir. 20 Yanvar həm də ölümün ölümsüzlük zirvəsidir.

Şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Onlara bu günümüzü, sabahımızı borcluyuq. Bu xalq, bu dövlət var olduqca onlar da var olacaq, qəlblərlə yaşayacaqlar. Əbədi var olacaq, əbədi yaşayacaqlar. Allah rəhmət eləsin! Qəbirləri nurla dolsun!”


Müəllif: Səxavət

Oxşar xəbərlər