20 Yanvar 2020 12:53
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Teleqraf.com-un məlumatına görə, səfir bu barədə rəsmi Tvitter hesabında yazıb.

Paylaşımda deyilir:

"Artıq 30 ildir ki, Azərbaycan xalqı 20 Yanvar - Qanlı Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır. Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynamışlar. Böyük Britaniya höküməti və öz adımdan Azərbaycan xalqına və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığımı çatdırıram. Bu faciədə həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər