Türkiyənin Antalya şəhərində Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Teleqraf.com-a bu barədə dərnəkdən məlumat verilib.
Tədbirdə dərnək başqanı Fazıl Orun, azərbaycanlı yazıçı Aysel Ateş Abdullazadə, Nəzarət Şurası Başqanı Niyazi Bilgi, İraq Türkmən Birliyi və Dayanışma Dərnək başqanı Kürşat Çavuşoğlu və başqa iştirakçılar çıxış edib, bu günün tarixini yada salıblar.
Çıxışlardan sonra 20 Yanvar hadisələrinə dair qısa film izlənilib. Mərhum şair Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri və bu şeirə bəstələnmiş mahnı Səbinə İrfan tərəfindən ifa olunub.