Azərbaycanın Türkiyədəki səfirliyi Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin adları qeyd olunan şəhərlərdən çıxarılması üçün iki avtobus icarəyə götürüb.
Bu barədə “Report”un Türkiyə bürosuna səfirlikdən məlumat verilib.
Azərbaycana gəlmək üçün avtobusdan istifadə etmək istəyən tələbələrdən aşağıdakı təmsilçilərlə əlaqə saxlamaları xahiş olunur.
Elazığ şəhəri üçün- Nail Babayev (05522541582) və Musa İslamov (05319868676),
Malatya şəhəri üçün- Fuad Həsənov (05373555167) və Əli Musayev (05382055722).
Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb.