Çində 25-ə qədər Türkiyə, 10-a qədər də Azərbaycan vətəndaşı var.
Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Ərdoğan qeyd edib ki, Çindəki vətəndaşların geri qaytarılması üçün tədbir görülür:
"Onlar geri qayıtmaq istəyirlər. Tədbirlərinizi alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə götürərək Türkiyəyə gətirək".
Qeyd edək ki, bir müddət öncə sözügedən məsələ barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu məlumat vermişdi.