Türkiyədə koronavirusa yoluxma faktı aşkarlanmayıb.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyədəki Koronavirus Elm Komitəsinin bu səhər keçirilən iclasından sonra səhiyyə naziri Fəxrəddin Qoca çıxış edib.
Onun sözlərinə görə, ehtiyat tədbiri olaraq Çindən gətirilən 34 Türkiyə vətəndaşı 14 gün nəzarət altında saxlanılacaq: “Yanvarın 31-i saat 09:30-a olan məlumata görə, dünyanın 23 ölkəsində 9810 koronavirusa yoluxma hadisəsi baş verib. Bu göstəricinin 99 faizi Çinin payına düşür”.
Səhiyyə naziri bildirib ki, Türkiyədə indiyə qədər 70 nəfər koronavirus şübhəsi ilə müalicə almaq üçün xəstəxanalara yerləşdirilib.