24 Sentyabr 2014 16:18
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seyid Camal Əzimbəyli: “İnanclı insanlarının cihad yeri Qarabağ olmalıdır”

“Ölkəmizdə radikal təkfirçi qüvvələrin zərərsizləşdirilməsi təqdir olunası haldır”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli deyib. Onun sözlərinə görə, dövlətimizin mövcud dini tolerantlığından, xalqımızın xoş niyyətindən “istifadə” edən qüvvələrin getdikcə aktivləşməsini görürük və Yaxın Şərqdə baş verən proseslərdən kənarda qalmadığımızın şahidi oluruq:

“Milli Təhlükəsizlik Nazirliyinin dövlətçiliyimizin mühafizəsi istiqamətində həyata keçirdiyi əməliyyatlar çox qürurvericidir. Amma unutmamalıyıq ki, zərərsizləşdirilən bu 26 nəfərdən başqa, hələ Azərbaycanda onların xeyli sayda əqidədaşları, tərəfkeşləri var. Onların ifşa olunması istiqamətində tək Milli Təhlükəsizlik Nazirliyi deyil, digər güc strukturları da yaxından iştirak etməlidir. Eyni zamanda hər bir vətəndaş, xüsusilə inanclı insanlar bu məsələdə dövlətin yanında olmalıdır. Yaddan çıxarmamalıyıq ki, bizim Qarabağ boyda faciəmiz var. Belə bir faciəsi olan məmləkətin inanclı insanlarının cihad yeri Qarabağ olmalıdır, nəinki Suriya, İraq”.

C.Əzimbəyli hələ bir neçə ay bundan əvvəl radikal dini qüvvələrlə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdiyini diqqətə çatdırıb. Onun dediyinə görə, bu zərərli qüvvələr həbs olunan 26 nəfərlə bitmir: “Təəssüflər olsun ki, bu gün Azərbaycanda yüzlərlə təkfirçi düçüncəsində olan, özündən olmayanı qəbul etməyən, üzdə dindar, daxilində küfr edərək bu xaqın hər zaman qanını içməyə hazır olan riyakar, milli dönüklər var. Bu baxımdan belə əməliyyatlar ardıcıl olaraq davam etməlidir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər