Türkiyənin Anadolu Agentliyi fevralın 9-da Azərbaycanda keçiriləcək Milli Məclisə seçkilərlə bağlı infoqrafika hazırlayıb.
Axar.az xəbər verir ki, infoqrafikada türkdilli oxuculara Azərbaycanda seçicilərin və namizədlərin sayı, mandat uğrunda mübarizə aparanların siyasi mənsubiyyəti və s. barədə məlumat verilir.
Diqqətə çatdırılır ki, səsvermə prosesi çoxsaylı yerli və beynəlxalq müşahidəçi tərəfindən izləniləcək.