Azərbaycanda keçirilən parlament seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı bu saatadək 12.57% faiz olub.
O, səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən saat 10:00-dək 670 086 nəfərin səs verdiyini deyib.
Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək seçki dairəsidir.
Belə ki, 56 saylı Xaçmaz kənd seçki dairəsində seçicilərin 21,03 faizi (37 min 970 seçicidən 8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsində isə 21,03 faizi (46 min 225 seçicidən 9864 nəfər) saat 10:00-dək səs verib.
Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2% (30 min 534 seçicidən 352 nəfər) olub.