Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə beynəlxalq konfransda iştirak etmək məqsədilə Gürcüstana gedib.
Partiyadan verilən xəbərə görə, konfrans “Şərq tərəfdaşlığı” ölkələrində ərazilərin işğalının doğurduğu hüquqi nəticələrə həsr olunub. Asim Mollazadə konfransda çıxış edəcək və müzakirələrə müzakirələrə qatılacaq.
Cavidan