"Koronavirus ciddi pnevmoniya yaradır. Klinik əlamətlər və burun ördəyindən alınan nəticələrlə koronavirus təsdiqlənir".
Teleqraf.com xəbər verir ki, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri infeksionist Vasif Əliyev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı brifinqdə deyib:
"Xəstə insanla təmasda olmayan biri koronavirusla bağlı müraciət etməməlidir. Bu, adi virus əlaməti də ola bilər".
Vasif Əliyev qeyd edib ki, virus qriplə eyni əlamətləri daşıdığı üçün xəstəliklər vətəndaşlarda narahatlıq doğurur.