Azərbaycan Ordusunda keçiriləcək genişmiqyaslı komanda-qərargah təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir.
Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər martın 6-dək davam edəcək.