26 Sentyabr 2014 16:45
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov ABŞ-ın Nyu-York şəhərində bir sıra görüşlər keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Gürcüstanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixail Saakaşvili ilə görüşdə növbəti foruma hazırlıq məsələləri, tədbirdə müzakirəyə çıxarılacaq qlobal problemlər, həmçinin təşkilatın fəaliyyəti, həyata keçirilən layihələrə dair ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Helsinki Aktının 40 illiyi ərəfəsinə təsadüf edəcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyəti xüsusi vurğulanıb.

Gələn il keçiriləcək növbəti foruma hazırlıqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonenlə də müzakirə olunub.

Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda nüfuzlu siyasi xadimlər, elm adamları, ekspertlər dünyanı narahat edən qlobal məsələləri müzakirə edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər